Rebuild Karabakh Hakatonu
Gənc innovatorları bir araya gətirərək Qarabağda texnologiya və yaradıcı həllər üzərində yarışan hakatondur.
İştirakçılar aşağıdakı mövzular üzrə innovativ həll ideyaları hazırlayacaqlar.
Müasir texnologiyaların şəhər infrastrukturuna inteqrasiyası ilə vətəndaşların gündəlik həyatını daha rahat və effektiv etməyi hədəfləyir. Real vaxt məlumatların təhlili, enerji və resursların səmərəli istifadəsi, çevik ictimai xidmətlərin idarə olunması əsas məqamlardır.
Əlçatan, ekoloji təmiz və səmərəli nəqliyyat sistemlərinin qurulmasına yönəlir. Məqsəd karbon izini azaltmaq, ictimai nəqliyyatı gücləndirmək və ağıllı hərəkətlilik həlləri yaratmaqdır.
Şəhərlərin idarə olunmasında və vətəndaşlara göstərilən xidmətlərdə müasir texnologiyaların istifadəsini təmin edir. Bu yanaşma sayəsində məlumatlar sürətli toplanır, dəqiq analiz edilir və daha düzgün qərarlar qəbul olunur.
Şəhərlərin infrastrukturundan əhalinin sağlamlığına qədər bir çox sahəyə təsir göstərir. Enerjiyə qənaət, tullantıların azaldılması və dayanıqlı inkişaf üçün innovativ imkanlar yaradır.
İştirakçılar qeydiyyatdan keçirlər.
Qeydiyyatdan keçənlər arasından ən yaxşı komandalar seçilir.
Seçilən komandalar üçün 15 müxtəlif təlim təşkil olunur (Ağıllı şəhər idarəçiliyi, texnologiya, təqdimat bacarıqları və s. mövzular üzrə).
Komandalar 48 saat ərzində ideyalarını işləyib təqdim edirlər.
Komandalar ideyalarını inkişaf etdirmək üçün mentor dəstəyi alır.
Komandalar müəyyən olunmuş mövzu üzrə innovativ həllər hazırlayır.
Final mərhələsində komandalar hazırladıqları layihəni münsiflər heyətinə təqdim edirlər.
Münsiflər qiymətləndirmə nəticəsində qalib komandaları elan edir və mükafatlandırma mərasimi keçirilir.
Problemin həllində yeni və yaradıcı yanaşma
Layihənin real həyatda istifadə edilə bilməsi
Layihənin seçilmiş texnologiya, metod və yanaşmalarla həyata keçirilmə imkanları
Layihənin ekoloji və sosial təsirləri
İdeyanın aydın və inandırıcı təqdim olunması
Komandanın birgə işləmə bacarığı və əməkdaşlıq səviyyəsi
Sənaye mütəxəssisləri, mentorlar, investorlar və digər gənc istedadlarla tanışlıq və əməkdaşlıq imkanı.
Ağıllı Şəhər & Yaşıl Gələcək Forumunda iştirak şansı və qaliblər üçün əlavə mükafatlar.
Təcrübəli ekspertlərdən məsləhət almaq və ideyanı peşəkar səviyyədə inkişaf etdirmək imkanı.
Fikirlərini real layihəyə çevirmək, biznes modeli üzərində işləmək və potensial investorlar qarşısında təqdim etmək şansı.
Komanda işi, problem həlli və layihə idarəçiliyi sahələrində praktiki təcrübə.
İqlim dəyişiklikləri, rəqəmsallaşma və ağıllı şəhər kimi mühüm problemlərin həllinə öz töhfəni vermək.
İnnovasiya, layihə idarəçiliyi, komanda işi və problem həlli sahələrində praktiki təcrübə.
Gənc istedadlar, investorlar, şirkətlər və təşkilatlarla əlaqələr qurmaq imkanı.
Layihənizi potensial sərmayədarlara təqdim edərək inkişaf və maliyyə dəstəyi qazanmaq fürsəti.
İdeyanı layihəyə çevirmək və təqdimat bacarığını inkişaf etdirmək.
Yaradıcılıq və yeni texnologiyalarla işləmək fürsəti.